AZ

Azərbaycanın Milli Etalon Vaxtı təsdiqləndi


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Belə ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən təsdiqlənib.
Hazırda Azərbaycan UTC-yə (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir.
Qeyd edək ki, dəqiq vaxtın dövlət qurumları, özəl sektor, maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən asılılığın azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun yenidən qurulub.
Seçilən
18
22
yeniavaz.com

10Mənbələr