AZ

Tbilisi hava limanında Azərbaycan vətəndaşı narkotiklə saxlanılıb

Gürcüstanda xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə olunması, saxlanılması və ölkəyə gətirilməsində ittiham olunan 1988-ci il təvəllüdlü E.A. adlı Azərbaycan vətəndaşı olan qadın saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bardə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.


Tbilisi beynəlxalq hava limanında hüquq-mühafizə orqanı əməkdaşları həmin şəxsin əl yükünə keçirdikləri baxış zamanı tərkibində narkotik vasitə və psixotrop maddə olan həbləri maddi sübut kimi müsadirə ediblər.

Faktla bağlı istintaq davam etdirilir. Cinayət əməlinə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Seçilən
12
4
operativmm.az

5Mənbələr