AZ

DYP sürücülərə xəbərdarlıq edib

AzVision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında qeyd olunub.

"Belə qəzaların baş verməsinə çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yolun real vəziyyətini düzgün qiymətləndirməməsi səbəb olur. Xüsusilə əks istiqamətli hərəkət zolağına çıxaraq aparılan təhlükəli ötmə qarşı-qarşıya toqquşmalara səbəb olur ki, belə hallarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə doğru yönəldiyi üçün zərbə qüvvəsi dəfələrlə artır və nəticələr çox vaxt faciəvi olur”, - deyə məlumatda bildirilib.

İdarə sürücülərə bir daha xatırladır ki, ötmə yalnız yol nişanlarının icazə verdiyi yerlərdə aparılmalı, əks istiqamətli hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, təhlükəsizlikdən tam əmin olduqdan sonra bu proses icra edilməlidir. “Unutmayaq ki, yollarda təhlükəsizliyin əsas şərti diqqət, məsuliyyət və ehtiyatlı davranışdır. Qaydalara əməl etmək özümüzü və başqalarını qorumağın ən sadə yoludur”.

AzVision.az
Seçilən
23
18
azvision.az

10Mənbələr