AZ

FTX Omsk vilayətindəki qaz borusunda yanğın baş verməsinin səbəbini açıqlayıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Omsk vilayətinin Rostovka kəndində qaz borusunda baş verən partlayış, təmir işləri zamanı yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuara Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsi məlumat verib.

«Rostovka kəndində yerüstü qaz borusunda təmir işləri aparılarkən qazın alışması baş verib», — deyə xüsusi xidmət orqanlarından verilən məlumatda qeyd olunub. İnsidentin səbəbləri və təfərrüatları araşdırılır, deyə xidmət orqanlarından əlavə edilib.

"Hazırda yanğın lokallaşdırılıb. İstilik mərkəzləri rezerv qaz boruları ilə təchiz olunur. Bəzi sənaye müəssisələrinə qazın verilməsi dayandırılıb", - deyə bölgə qubernatoru Vitali Xotsenko bildirib.

Çərşənbə axşamı səhər saatlarında məlum olub ki, Rostovka kəndində qaz borusu partlayıb.

Yerli sakinlərin dediyinə görə, partlayış dalğası yaşayış ərazilərinə də təsir edib, yanğının alovu uzaq məsafələrdən görünüb.

Hadisə ilə bağlı şərh verən Xotsenko bildirib ki, qəza əsas qaz borusunun yeraltı hissəsində baş verib.

Bundan əvvəl Tula bölgəsində qaz partlayışı nəticəsində yaşayış binası qismən dağılmışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
icma.az

1Mənbələr