AZ

Hansı daha az şüa verir: elektromobil, yoxsa metro vaqonu?

Azərbaycanda istifadə edilməsə də, Avropada artıq e-smog, yəni elektron tüstü terminindən istifadə edilir. Burada söhbər kimyəvi maddə olan tüstü deyil, elektromobillərin yaratdığı çirklilik, elektron çirklənmə nəzərdə tutulur. 

Avtosfer.az xəbər verir ki, Almaniyanın ADAC assosiasiyası və Aahen Universiteti 14 elektromobilin şüalanma səviyyəsini ölçüb. Müxtəlif vaxtlarda aparılan milyonadək ölçmədən sonra nəticə əldə edilib. Məlum olub ki, ən güclü şüalanma elektromobilin tormozlanma və sürətlənməsi zamanı baş verir. 

Ən böyük elektromaqnit sahəsi isə ayaraqların ətrafında yaranır. Sürücünün sinəsi və başı səviyyəsində isə şüalanma dəfələrlə azdır. Səbəb kabellərin ayaq altında yerlıəşdirilməsidir. Bununla belə, ən şidddətli şüalanma belə, yolverilən norma həddində olub.

Müqayisə üçün metro qatarı, tramvay və trolleybuslarda da ölçmələr aparılıb. Metro vaqonunda şüalanma bütün digər elektrikli nəqliyyatdan yüksək olub.

Yekun nəticə belədir ki, elektromobil, metro qatarı, tramvay və trolleybuslarda şüalanma səviyyəsi insan həyatı üçün təhlükə yaradacaq həddə deyil. Bir sözlə, bu 4 nəqliyyat vasitəsindən çəkinmədən istifadə etmək olar.

Vüqar

Seçilən
64
1
avtosfer.az

2Mənbələr