Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Zelenski səfərin 19 noyabrda baş tutacağını açıqlayıb.
Zelenski danışıqların intensivləşməsinə hazırlaşdıqlarını bildirib: "Tərəfdaşlara təklif edəcəyimiz inkişaf etmiş həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın ilk prioritetidir. Həm də mübadilələri bərpa etmək və məhbusları geri qaytarmaq üçün çalışırıq".
"Cebheinfo.az"