Ukraynanın Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.
HİT.az xəbər verir ki, bu barədə Zelenski "X" hesabında yazıb.
Prezidentin sözlərinə görə, Ukrayna danışıqları yenidən canlandırmağa hazırlaşır:
"Tərəfdaşlarımıza təklif edəcəyimiz həll yollarını hazırlamışıq".