Bakı. Trend:
“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygölrayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasirformatda interaktiv kitab köşkü quraşdırılıb.
Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adınamədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşküsakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldəetmək imkanı yaradır.
Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsaltexnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyatmexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodusmartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonrageniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edəbilir.
Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etməküçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitabgötürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir vəoxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahişolunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmişoxucunu və kitabları vaxtında geri qaytaran istifadəçilərimüəyyənləşdirərək onların reytinqini formalaşdırır.
Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çoxinsanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxtrejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzindəən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindənhəvəsləndirici hədiyyələr təqdim olunacaq.
Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycanvə dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcədə biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çapedilmiş 400-dək yeni kitab təqdim olunur.
“AzerGold” QSC bu layihə ilə icmaların intellektual inkişafınatöhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyihədəfləyir. Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən ilDaşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitabköşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilənbölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitabdostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrindavamıdır.