AZ

Keyn Peleni geridə qoydu

İngiltərə millisinin üzvü Harri Keyn yeni uğura yiyələnib.

Msport.az xəbər verir ki, o, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniya ilə matçda dubl etməklə bacarıb.

32 yaşlı forvard yığmadakı qollarının sayını 78-ə (112 oyuna) yüksəldib. Nəticədə o, ümumilikdə milli komandaların bombardirləri siyahısında Braziliya yığmasının əfsanəsi Peleni geridə qoyub (77 qol). Keyn hazırda bombardirlər sıralamasında 12-cidir. 11-ci pillədəki Braziliya millisinin üzvü Neymarın isə aktivində 79 qol var.

Bu göstərici üzrə rekordçu isə portuqaliyalı Kriştiano Ronaldodur (143).

Seçilən
5
1
msport.az

2Mənbələr