İsmayıllı rayonunun Basqal və Lahıc qəsəbələrində turistlərin avtomobilləri üçün parkinqlər yaradılıb.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qoruqların İdarəedilməsi Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.
O bildirib ki, Dövlət Turizm Agentliyi bütün qoruqlarda parkinqlər yaradıb:
"Turistlər üçün qoruqlarda bu cür parkinqlər yaradılıb. O cümlədən Basqal və Lahıc qəsəbələrində də belə yerlər ayrılıb və istifadəyə verilib. Həmin parkinqlərdən istifadə pulsuzdur"./oxu.az