Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, sabah Türkiyədə Rusiya təmsilçisi olmayacaq. Hələlik bu təmaslar Rusiyanın iştirakı olmadan həyata keçirilir", - o deyib.
Peskov qeyd edib ki, Rusiya danışıqlara açıq qalır və mövqeyi Kiyev, İstanbul və Vaşinqtonda məlumdur. O, həmçinin vurğulayıb ki, Putin hazırda bu danışıqlar çərçivəsində ABŞ və Türkiyə nümayəndələri ilə görüşməyi planlaşdırmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31