Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət komandası noyabrın 22-dən dekabrın 2-dək Şimali Makedoniyanın Strumitsa şəhərində Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
Bu barədə Modern.az-a AFFA-dan məlumat verilib.
B Liqasının 5-ci qrupunda yer alan millimiz Sloveniya, Şimali Makedoniya və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə mübarizə aparacaq.