AZ

Saytlar çökdü, bank tətbiqləri də işləmir Nə baş verir? FOTO

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycanda bir çox saytlara girişdə problemlər yaşanır.

Ölkə.Az xəbər verir ki, bunun səbəbi "cloudflare"dəki problemlə bağlıdır.

Yaranmış problem fasilələrlə davam edir.

Vəziyyətlə əlaqədar Ölkə.Az Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıb.

Qeyd edək ki, "Cloudflare"  internetdə saytların daha sürətli, daha təhlükəsiz və daha stabil işləməsi üçün xidmət göstərən böyük qlobal şirkətdir.

“Cloudflare”də ciddi nasazlıq olanda dünyanın bir çox yerində saytlar açılmır, “Error 500”, “Error 502”, “Error 503”, “Connection timed out” kimi səhvlər çıxır.

Bu çökmə zamanı proqramlar, oyunlar, mobil tətbiqlər də işləməyə bilər. O cünmlədən, bankların mobil tətbiqlərində də eyni hal yaşanır.

Hətta bəzi ölkələrdə internet çox yavaşlayır.

Çünki həmin saytlar “Cloudflare”in üzərindən internetə çıxır. Sistem çökəndə onların yolu bağlanmış kimi olur.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
olke.az

2Mənbələr