AZ

Yadigar Muradovla teatrdakı vida mərasimi ləğv olundu

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovla teatrda keçirilməsi nəzərdə tutulan vida mərasimi ləğv edilib.

Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onunla vida yaşadığı ünvanda keçirilir. Mərhumla vida mərasimində iştirak etmək məqsədilə Şuşa Dövlət Musiqili Dram Teatrına toplaşan onlarla sənət dostu oradan Y.Muradovun evinə gedib. 
Əməkdar artist daha sonra Badamdar qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Yadigar Muradovun oğlu Yaşar Muradov APA-ya açıqlamasında vida mərasiminin saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacağını bildirmişdi. 
Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi. O, ötən gecə müalicə aldığı xəstəxanada vəfat edib. 
Seçilən
8
2
yenilik.az

3Mənbələr