AZ

Şahruddin Məhəmmədəliyevin durumu açıqlandı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Msport.az xəbər verir ki, bu barədə “Qarabağ”dan məlumat verilib.

31 yaşlı qolkiperin zədəsinin ciddi olduğu bildirilib. Sol bud çanağında xəsarət alan Məhəmmədəliyev 2-3 ay meydana çıxa bilməyəcək.

Ondan fərqli olaraq, “Qarabağ”ın müdafiəçiləri Elvin Cəfərquliyev və Toral Bayramovun durumu normaldır və hər iki oyunçu kollektivlə məşqlərdə iştirak edir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasının Fransaya 1:3 hesabı ilə uduzduğu DÇ-2026-nın seçmə mərhələsinin oyununda sıradan çıxıb. Görüşün ilk hissəsində meydanda olan qapıçı fasilədə əvəzlənib.

Seçilən
14
msport.az

1Mənbələr