AZ

Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artacaq - Briqam MakKaun

Bakı. Trend:

Avropanın qaz tədarükünü artırmağa çalışdığı bir vaxtda,dünyanın ən strateji əhəmiyyətli enerji şəbəkələrindən biri sayılanCənub Qaz Dəhlizi (CQD) Azərbaycanın Avrasiya məkanında əsasbağlantı nöqtəsi kimi rolunu daha da möhkəmləndirəcək.

Trend xəbər verirki, bunu “Alyeska Pipeline Service” şirkətinin sabiq prezidenti,ABŞ Enerji Təhlükəsizliyi Təşəbbüsünün direktoru və baş elmiəməkdaşı Briqam MakKaun Bakıda keçirilən Azərbaycan-ABŞ beyinmərkəzlərinin I Forumunda çıxışı zamanı bildirib.

MakKaun vurğulayıb ki, Azərbaycan eyni vaxtda həm istehsalçı,həm tranzit həlqəsi, həm də birləşdirici ölkə olmaq imkanınamalikdir.

“Düşünürəm ki, belə ölkələrin sayı çox deyil və az sayda ölkəMərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa kimi müxtəlifregionların onun iqtisadi coğrafiyasına təsir göstərdiyini iddiaedə bilər. Azərbaycan bunların hamısını bacarır və ən önəmlisi –bunu getdikcə daha uğurla həyata keçirir”, – deyə ekspert qeydedib.

Məqalədə:
Seçilən
46
1
az.trend.az

2Mənbələr