AZ

Sabah Azərbaycanın bu ərazilərində qaz olmayacaq

Bakı.Trend:

Sabah ölkədə 12675 abonentin qaz təchizatında fasiləyaranacaq.

Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Şəmkir RQİİ-nin Ağstafa XS-nin Ağstafa AQPS-dənqidalanan d 530mm daşıyıcı qaz xəttində aşkar olunmuş çatın ləğvedilməsi,yeni quraşdırılmış qaz tənzimləyicilərinin mövcud şəbəkəyəqoşulması və müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qazsızmalarının aradan qaldırılması, korroziyaya uğramış hissələrinəvəzlənməsi və digər təmir-bərpa işlərinin aparılması üçün qaztəchizatının dayandırılması zərurəti yaranıb.

Məlumata görə, qeyd olunan işlərin yerinə yetirilməsi üçün19.11.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadəkAğstafa AQPS-nın ölçü qovşağından qidalanan (Ağstafa şəhəri,Dağkəsəmən, Pirili, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli,Düzqışlaq, Mollacəfərli, Poylu, Zəlimxan, A.Kəsəmən, Q.Kəsəmən,Poylu qəsəbəsi, Qaçaq Kərəm, Xətai, Yenigün, Saloğlu, Soyuqbulaq,Soyuqbulaqlar, Köçvəlil, Sadıxlı, Ağgöl, Muğanlı, Qarayazı,H.Aslanov, Böyükkəsik yaşayış məntəqələrinin-12675 abonent) qaztəchizatının daxildən dayandırılacaq.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr