AZ

Ekspert saytların çökməsinin səbəbini açıqladı

"Cloudflare çöküb – bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır".

Avtosfer.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti, İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, bu gün Cloudflare-in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib:

"Cloudflare-in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, "Cloudflare Error" tipli xətalar görünür. Cloudflare üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik Cloudflare-dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.

Cloudflare qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir", - deyə O.Gündüz qeyd edib.

Ekspert

Seçilən
28
4
avtosfer.az

10Mənbələr