Bakı.Trend:
Bu gün Azəebaycanda əksər saytlara girişdə çətinlik yaranıb.Saytlarla yanaşı “X” sosial şəbəkəsinə də girişdə problem müşahidəedilib.
Mövzuyla bağlı Trend-ə açıqlamasında İT mütəxəssisi Fərid Pərdəşünasbildirib ku, problem qlobal xarakterlidir.
Onun sözlərinə görə, "Cloudflare" servisini istifadə edənsaytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələrbaş verib:
“"Cloudflare" beynəlxalq miqyasda etibarlı, güclü, DDOShücumlarına qarşı qoruma təklif edən, “content delivery network” vəDNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOShücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün"Cloudflare" istifadə edən resurslar təsirlənib”.
Mütəxəssis qeyd edib ki, dövlət saytları (gov .az) yarananproblemdən təsirlənməyib:
“Bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokalqoruma mexanizmlərindən istifadə edir və trafiki xaricəötürmədikləri üçün bu tip qlobal nasazlıqlardantəsirlənmirlər”.
O, "Cloudflare"in çökməsinin səbəbini belə izah edib:
“"Cloudflare" servisində “gözlənilməz trafik artımı” qeydəalınıb. Şirkət bunu “spike in unusual traffic”, yəni anormal trafiksıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükünbalanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəbolub”
Mütəxəssis vurğulayıb ki, "Cloudflare" qlobal internetinfrastrukturunda əsas rollardan birini oynayır və internettrafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə dəyaranan nasazlıq dünyanın bir çox saytında eyni anda probleməgətirib çıxarıb.