AZ

Heyvan sayının azalması ət, süd və yun istehsalına təsir edəcək Ekspert

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalması son illərdə kənd təsərrüfatında müşahidə olunan bir tendensiyadır. 2025-ci ilin oktyabrına olan statistikaya görə, iribuynuzlu heyvanlar 2%, xırdabuynuzlu heyvanlar isə 3,5% azalıb”. Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov deyib.Ekspert qeyd edib ki, azalmanın əsas səbəblərindən biri yem bazasının məhdud olmasıdır:“Quraqlıq və otlaq sahələrinin azalması heyvanların qida ilə təminatını çətinləşdirir. Digər səbəb xəstəliklərdir. Xüsusilə epizootik xəstəliklər və vaksinasiya prosesindəki boşluqlar heyvan itkilərinə səbəb ola bilər. Fermerlərin iqtisadi çətinlikləri də heyvan sayının azalmasına təsir göstərir. Bəzi bölgələrdə müasir damazlıq texnologiyalarının çatışmaması məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Azalmanın uzunmüddətli təsirləri də ola bilər. Heyvan sayının azalması ət, süd və yun istehsalına təsir edərək qiymət artımlarına yol aça bilər. Bu həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialını azalda bilər. Regionlar üzrə fərqlilik də diqqət çəkir. İribuynuzlu heyvanlar daha çox Sabirabad, Bərdə və Cəlilabadda, xırdabuynuzlular isə Beyləqan, İmişli və Qubada cəmləşib”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr