AZ

Həsrət Cəfərov İslam Oyunlarını gümüş medalla başa vurub - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız həlledici matçda iranlı Saeid Esmaili ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə 3:8 hesabı ilə məğlub olaraq İslamiadanı gümüş medalla başa vurub.

***

13:58

Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.

Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov yarımfinalda misirli Mohamed Abdelrehimlə qarşılaşıb.

Təmsilçimiz 4:1 hesabıyla qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə təmsilçimizin rəqibi iranlı Saeid Esmail olacaq. 

Xatırladaq ki, daha əvvəl bu cütlük dünya çempionatının finalında üz-üzə gəlib. Görüş iranlı idmançının qələbəsi ilə yekunlaşıb - 1:2.

***

12:25

Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.

Apasport.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) qırğızıstanlı Razzak Beişekeyevlə üz-üzə gəlib.

Təmsilçimiz 5:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib

Toğrul Əsgərov: "Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır"

Aleksandr Tarakanov: "İslamiadada bizi ciddi rəqabət gözləyir"

Millinin baş məşqçisi: "Azarkeşlərin etimadını doğruldacağımıza inam böyükdür"

Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib - FOTO

Seçilən
43
2
apasport.az

3Mənbələr