AZ

"Barselona" braziliyalı hücumçu üçün təklif göndərib

Bakı. Trend:

"Vasko da Qama"nın futbolçusu Rayan karyerasını İspaniya LaLiqasında davam etdirə bilər.

Trend xəbərverir ki, "Barselona" braziliyalı vingeri transfer etmək istəyir.Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İspaniya çempionu Rayan üçün Braziliya klubuna təklif göndərib."Barselona" 19 yaşlı "sambaçı" üçün 25-30 milyon avro ödəməyəhazırdır. Klubun idman direkoru Deku gənc oyunçunu gələcəkinvestisiya kimi görür.

Qeyd edək ki, Rayan "Vasko da Qama"nın yetirməsidir. BraziliyaU-20 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətindəmeydana çıxdığı 49 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə iləyadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin 31 dekabrtarixinə kimi nəzərdə tutulub.

Seçilən
14
3
az.trend.az

4Mənbələr