ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Biznes icması Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesində önəmli rola malikdir".
525.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 65 faiz paya malikdir.
"Münaqişəyə görə regionda bütün imkanlardan istifafə olunmayıb. İndi isə bu imkanlar daha genişdir. Sülhün sosial-iqtisadi dividendləri də var", - deputat söyləyib.
Əlavə edib ki, Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır, neft və qazını dünya bazarlarına ixrac edir:
"Burada Cənub Qaz Dəhlizi mühüm rol oynayır. Yaşıl enerji sahəsində də Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur. Azərbaycan bu istiqamətdə ən çox investisiya qoyan ölkədir. Eyni zamanda, bu sahəyə daha çox xarici investisiya cəlb ediləcək.
2027-ci ilin sonunadək Azərbaycan Avropa bazarlarına yaşıl enerji ixrac edəcək. Bütün bunlar Azərbaycanın regional rolunun getdikcə artdığını göstərir".
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.