Azərbaycan milli komandasının və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.
DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə(1:3) görüşünün birinci hissəsində zədələnən Şahruddin fasilədə Aydın Bayramovla zədələnib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Bizim.Media-ya verdiyi məlumata görə qapıçı təxminən 2 ay yarım yaşıl meydanlardan kənarda qalacaq:
“Şahruddinin vəziyyəti ciddidir. Həkimlərin müayinəsinə görə o, qasığından zədələnib. Ona görə də 2 ay yarım futbol oynaya bilməyəcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta