AZ

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti müzakirə olunub

Zəngilanda

Zəngilan şəhərində Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilibAzərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.ZəngilandaZəngilan şəhərində Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib. Tədbirdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin nəticələri təqdim edilib. Son 5 ildə azad olunmuş ərazilərdə 569 tədbir keçirilib, 177 layihənin təməli qoyulub və 167 obyekt istifadəyə verilib. 240 min hektar ərazinin mina və sursatlardan təmizləndiyi, 3 hava limanı, onlarla tunel, körpü və yüzlərlə kilometr yolun inşa olunduğu bildirilib. Bölgədə sənaye parkları fəaliyyətə başlayıb, 1000-dən çox iş yeri yaradılıb, kənd təsərrüfatı, enerji və sosial infrastruktur sürətlə inkişaf etdirilib. Hazırda 62 mindən çox insan işğaldan azad edilmiş ərazilərdə yaşayır və çalışır. İclas zamanı görüləcək növbəti tədbirlər, koordinasiya və şəffaflıq prinsiplərinin önəmi vurğulanıb.Ulusum.az

Diqqət Çəkənlər

Asan və Dadlı Xəmir Resepti VİDEO

Kvadratlar ərazisində kanalizasiya boruları hara yoxa çıxdı?

"Az sayda şagird üçün 11 illik məktəb saxlamaq səmərəsizdir" - AÇIQLAMA

Seçilən
18
ulusum.az

1Mənbələr