Ajans.az bu barədə Yaponiya mediasına istinadən xəbər verir. Qeyd edilib ki, qəzaya uğrayan "Cirrus SR20" təyyarəsinin göyərtəsində üç kişi olub. Hava gəmisinin ciddi zərər gördüyü qeyd edilir, o qismən yanıb, hər iki qanadı sınıb.
Təyyarə Saqa aeroportundan havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı göndərib, ardından onunla əlaqə kəsilib.