AZ

"Biz əslində heç nə etməmişik, oradakı insanlar heç nədə günahkar deyillər"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Fələstindəki vəziyyətlə bağlı danışıb və Kataloniya ilə Fələstin milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi fikrini dəstəkləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi İsrailin hücumları zamanı hamının bütöv bir millətin məhv edilməsinə icazə verdiyini söyləyib:

“Dünya Fələstini tək qoyub. Biz əslində heç nə etməmişik. Oradakı insanlar heç nədə günahkar deyillər, onlar sadəcə burada doğulublar.

Hamımız bütöv bir millətin məhv edilməsinə icazə vermişik. Baş verənlər artıq geri qaytarıla bilməyən bir pislikdir.

Qəzzada baş verənləri haqlı çıxara biləcək birini təsəvvür etməkdə çətinlik çəkirəm. Uşaqlarımız bu yerlərdə ola bilərdi və sadəcə doğulduqları yerə görə öldürülərdilər.

Liderlərə demək olar ki, heç bir etibarım qalmayıb, onlar hakimiyyəti qorumaq üçün hər şeyə hazırdırlar.

Simvolik addımlar vacibdir, bu, onlara diqqəti cəlb etməyə kömək edir. Lakin real hərəkətlər edilməlidir”.

Matç bu gün keçiriləcək. Daha əvvəl Fələstin milli komandası Bask yığması ilə oynayıb (0:3).

Seçilən
34
sportinfo.az

1Mənbələr