AZ

Bursada midye yedikdən sonra xəstəxanalıq olan 4 gəncin vəziyyəti yaxşıdır

Bursada

Türkiyənin Bursa şəhərində midye (dolu) yedikdən sonra halı pisləşən 4 gənc qusma və başgicəllənməsi şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə Osmangazi rayonunun Tophane ərazisində baş verib.İddialara görə, Yenişəhirdən Bursaya gələn 4 dost əvvəlcə şəhəri gəzib, daha sonra Tophanəyə qalxaraq mənzərədən zövq alıblar. Ardınca midye yeyən M.U. (24), Y.T. (20), M.T. (19) və A.T. (16) avtobusla geri qayıtdıqdan sonra qəfildən özlərini pis hiss ediblər. Ailələrinin köməkliyi ilə Yenişehir Dövlət Xəstəxanasına çatdırılan gənclər dərhal tibbi yardım alıblar.Həkimlərin verdiyi məlumata görə, gənclərin vəziyyəti hazırda stabildir. Hadisədən sarsılan ailə üzvləri göz yaşlarını saxlaya bilməyiblər. Hadisə ilə bağlı araşdırma aparılır.Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər

Asan və Dadlı Xəmir Resepti VİDEO

Kvadratlar ərazisində kanalizasiya boruları hara yoxa çıxdı?

Arıqlama Preparatları Gənclərin Həyatını Təhlükəyə Atır – Dietoloqlar Xəbərdarlıq Edir

Seçilən
67
ulusum.az

1Mənbələr