AZ

Sabah bəzi ərazilər susuz qalacaq XƏBƏRDARLIQ

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Sabah Sumqayıtın bir hissəsində su olmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar 19 noyabr tarixində səhər saat 10:00-dan axşam saatlarınadək 1-2-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cu məhəllələrdə, Qızılqum yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər, Sülh, Xəzər sahili küçələrində, 1-ci mikrorayonun bir hissəsi, 3-cü və 4-cü mikrorayonun bir hissəsi, 8,9,10-cu mikrorayonlarda suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
13
redaktor.az

10Mənbələr