Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şahruddindən tənqidlərə - Cavab
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ünvanına yönələn tənqidlərə cavab verib.
QOL.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib. 31 yaşlı futbolçu Azərbaycan dilində səlis danışmaması fonunda sosial şəbəkələrdə tənqid edilmişdi.
Şahruddin Məhəmmədəliyev paylaşımında yazıb:
“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.