AZ

Binəqədidə qəza oldu, yol bağlandı – Tıxaclı yolların siyahısı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində.


Mərkəzin məlumatına görə, həmçinin Bakının Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Seçilən
13
49
yeniavaz.com

10Mənbələr