Bakı. Trend:
Azərbaycanda iqtisadi artımın daha da sürətləndirilməsi üçünciddi potensial mövcuddur.
Trend xəbər verir ki, bunu bu gün İqtisadi İslahatların Təhlilivə Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı9-cu Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, makro səviyyədə buraxılış kəsirininmövcudluğu ölkədə iqtisadi artımın sürətləndirilməsi üçünimkanların olduğunu göstərir:
“Bu, iqtisadi artımın daha dinamik şəkildə genişlənməsininmümkün olduğunu təsdiqləyən əsas göstəricidir”.
Onun fikrincə, iqtisadi artımı artıracaq başlıca istiqamət məhzinvestisiya xəttidir. Bu çərçivədə 2027–2030-cu illər üçünsosial-iqtisadi inkişaf strategiyası üzərində işlər aparılır vəsənəddə 10 milyard manatdan çox əsaslı vəsait qoyuluşu nəzərdətutulur.
Bununla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində 2027–2030-cuillərdə 13,2 milyard manat həcmində investisiya yatırılmasıplanlaşdırılır.
Qasımlı əlavə edib ki, yaxın illərdə icrası nəzərdə tutulan irilayihələr də mövcuddur. Onlardan biri Xəzər dənizinin suyuntəmizlənməsi və duzsuzlaşdırılması layihəsidir ki, onun dəyəri 400milyon manatı ötür. Su və nəqliyyat strategiyalarının həyatakeçirilməsi üçün isə 2027–2030-cu illər üzrə 5–10 milyard manatlıqinvestisiya paketinin müzakirə edildiyi bildirilib.
İİTKM rəhbəri vurğulayıb ki, bütövlükdə 2020–2030-cu illərərzində dövlətin əsaslı vəsait qoyuluşu illik təxminən 4 milyardmanat səviyyəsində olacaq.