AZ

Bankçılığın gələcəyi süni intellekt və verilənlər üzərində qurulacaq - Türkiyə Bankalar Assosiasiyası

Bakı. Trend:

Bankçılığın gələcəyi süni intellekt və verilənlər üzərindəqurulacaq

Trend xəbərverir ki, bunu bu gün Türkiyə Banklar Assosiasiyasının İdarəHeyətinin sədri Alpaslan Cakar bu gün Bakıda keçirilən IXBeynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, bank sektorunda strateji və müştərigözləntiləri sürətlə dəyişir: "Bankçılıq mahiyyət etibariləvasitəçilik fəaliyyəti olsa da, texnologiyaların inkişafı bu sahənitamamilə yeni mərhələyə aparır. Bankçılıq əvvəlcə klassikkorporativ model üzərində qurulsa da, 1970–80-ci illərdəkompüterlərin, 2000-ci illərdə isə rəqəmsallaşmanın yayılmasısektorda yeni mexanizmlər yaradıb. Hazırda isə rəqəmsal dönüşümyeni mərhələyə keçir".

“Əsas məsələ müştərinin davranışını, gözləntilərini düzgünanlamaq və idarə etməkdir. Müştəri artıq banka gəlmək istəmir. Onunehtiyacları əvvəlcədən analiz olunmalı, xidmət isə adi həyataxınına görünməz şəkildə inteqrasiya edilməlidir", - obildirib.

Sədr qlobal təcrübəyə də toxunaraq bildirib ki, bəzi ölkələrdəmaliyyə xidmətlərinin böyük qismi artıq banklardan kənarplatformalar vasitəsilə həyata keçirilir və bu tendensiyagüclənməkdədir.

Sektorda rəqəmsallaşma və süni intellektin rolunu vurğulayanAlpaslan Cakar əlavə edib: “Süni intellekt qaçınılmazdır. Dünyabuna hələ də tam hazır deyil, amma onun gələcəyi dəyişdirəcəyidəqiqdir. Bankçılığın yaxın illərdəki əsas yanacağı verilənlərolacaq. Məlumatın idarəedilməsi isə süni intellekt tərəfindən təminolunacaq. Banklar arasındakı əsas fərqi də məhz bu texnologiyadantəhlükəsiz və effektiv şəkildə istifadə edənlər müəyyənedəcək".

Məqalədə:
Seçilən
56
1
az.trend.az

2Mənbələr