AZ

“Azərreyl” CEV Kubokunda cavab oyununa çıxır

Bakı, 19 noyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün CEV Kubokunda cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, “dəmiryolçular” 1/32 finalda Niderlandın "Orion Stars" komandasının qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib komanda 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivinə rəqib olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk matç rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Seçilən
43
azertag.az

1Mənbələr