AZ

Bankçılıqda yeni model – süni intellekt, təhlükəsizlik və dayanıqlı ekosistemlərin inteqrasiyasına əsaslanır

Bank sektoru rəqəmsal transformasiya ilə mürəkkəb təhlükəsizlik çağırışlarının kəsişdiyi bir mərhələdən keçir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı IX Beynəlxalq Bankçılıq Forumunun açılışında çıxış edərək bildirib.

O qeyd edib ki, məlumat əsaslı idarəetmə, açıq maliyyə ekosistemi, real vaxt ödənişləri, süni intellektlə risklərin proqnozlaşdırılması və ESG çərçivələri bankçılığın yeni arxitekturasını formalaşdırır.

Qasımlı vurğulayıb ki, süni intellekt və böyük verilənlər kredit, likvidlik və bazar risklərinin daha dəqiq qiymətləndirilməsi üçün yeni imkanlar açır.

O həmçinin ekosistem yanaşmasının, fintex-bank əməkdaşlığının və çevik tənzimləmə modelinin dayanıqlı bank sektorunun əsas dayaqları olduğunu bildirib.

Sonda o qeyd edib ki, rəqəmsal transformasiya və innovativ texnologiyalar əsasında qurulan yeni inkişaf modeli bankların rəqabət qabiliyyətini və maliyyə sabitliyini daha da gücləndirəcək.

N.Təbrizli

Seçilən
7
anews.az

1Mənbələr