Bakı.Trend:
Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin QızılAypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir.
Trend xəbərverir ki, şəbəkənin üzvləri olan Türkiyə, Qazaxıstan, Özbəkistan,Qırğızıstan respublikalarının Qızıl Aypara Cəmiyyətləri ilə yanaşı,müşahidəçi qismində Türkmənistan, Şimali Kipr Türk CümhuriyyətiQızıl Aypara Cəmiyyətlərinin rəhbərləri iştirak edirlər.
Tədbirə Türkmənistan və Şimali Kipr Qızıl Cəmiyyətləri müşahidəqismində qatılıblar.
Toplantının əsas məqsədi TQŞ-in 2025-ci il üzrə fəaliyyətləriningeniş təhlilinin aparılması, üzv Milli Cəmiyyətlər arasındahumanitar sahədə əməkdaşlıq istiqamətində əldə olunmuş nəticələrindəyərləndirilməsi və 2026-cı il üçün Fəaliyyət Planınınformalaşdırılmasıdır.
Tədbir, üzv Milli Cəmiyyətlər arasında qarşılıqlı əməkdaşlıq vəhəmrəyliyi təsdiq edən Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsininimzalanması ilə yekunlaşacaq.
Qeyd edək ki, ötən il Bişkek şəhərində keçirilmiş görüş zamanıTürk dövlətlərinin Qızıl Aypara Cəmiyyətlərinin qərarı ilə “QırmızıŞəbəkə” platforması təsis olunmuş və sədrlik Qırğızıstan QızılAypara Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Bu il baş tutannövbəti görüşdə sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinəkeçib.
Xəbər yenilənəcək