AZ

Qlobal internet nasazlığı fonunda “Cloudflare” səhmləri 7% ucuzlaşıb

“Cloudflare” server şəbəkəsinin səhmləri Nyu-York Fond Birjasında ticarətin əvvəlində 7,3% düşərək minimumda 187,48 dollara çatıb, bunu ticarət məlumatları göstərir. Bir neçə dəqiqə sonra, Bakı vaxtı ilə 18:34-də eniş 3,2%-ə qədər yavaşlayıb. Şirkətin bir sıra xidmətlərində, o cümlədən “X” sosial şəbəkəsi, “Spotify”, “OpenAI” və digərlərində yaranan genişmiqyaslı nasazlıq səhmlərin ucuzlaşmasına gətirib çıxarıb.

“Bloomberg” şirkətin açıqlamasına istinadən yazır ki, “Cloudflare” nasazlığın səbəblərini araşdırmaqda davam edir. Hadisədən təxminən bir saat sonra şirkət “xidmətlərin bərpa olunduğunu müşahidə etdiyini” bildirib, lakin problemlərin aradan qaldırılmasının hələ də davam etdiyini qeyd edib. “Cloudflare” nümayəndəsi CNBC-yə açıqlamasında şirkətin serverlərindən birində “qeyri-adi trafik artımının” müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bu trafikin niyə artdığı hələlik məlum deyil.

Bakı vaxtı ilə 18:30-da “OpenAI”, bir sıra KİV-lər və digər saytlar hələ də əlçatan deyildi. Surrey Universitetinin kibertəhlükəsizlik üzrə professoru Alan Vudvord qeyd edib ki, “Cloudflare”dəki nasazlıq internetin “nisbətən az sayda oyunçudan asılılığını” göstərdi. CNBC-nin qeyd etdiyinə görə, “Cloudflare” proqram təminatından dünyanın hər yerində şirkətlər istifadə edir — bu sistem internetin 20%-nin təhlükəsizliyini və trafik idarəçiliyini təmin edir.

Seçilən
22
banker.az

1Mənbələr