AZ

Bu ölkə “Lukoyl”un aktivlərini ALIR

Amerikanın “ExxonMobil” şirkəti “Lukoyl”un Qazaxıstandakı aktivlərini, o cümlədən Karaçaqanak və Tengiz layihələrindəki payları əldə etmək imkanlarını araşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında bildirilir ki, “Chevron” da oxşar variantları araşdırır. Bundan əlavə, “Exxon” “Lukoil” in əsas beynəlxalq aktivlərindən biri hesab edilən İraqın Qərbi Qurna 2 yatağı üçün də təklif verə bilər.

Daha əvvəl bildirilmişdi ki, Rusiya şirkəti ABŞ və Böyük Britaniyanın sanksiyalarına görə bir sıra beynəlxalq layihələrdən tədricən çıxmaq niyyətindədir və OFAC lisenziyası əsasında aktivlərin satışı ilə bağlı təklifləri araşdırır.

Musavat.com

Seçilən
61
1
musavat.com

2Mənbələr