AZ

“Dünən bizdə idi” – Mərhum rəqqasənin nəvəsi

"Dünən bizdə idi, 11-ə kimi. Dedi, sizin üçün darıxdım”.

"Yeni Sabah" olay-a istinadla xəbər verir ki, bunu bu gün vəfat edən Xalq artisti Roza Cəlilovanın nəvəsi Lalə Aslanur deyib.

O, nənəsini sonuncu dəfə noyabrın 18-də gördüyünü bildirib:

“İndi evinə gedirəm, çox güman ki, vida Filarmoniyada olar. Nazirliklə də danışacağıq, özüm görmədən heç nə deyə bilmirəm. Bu səhər mənə zəng etdilər, hardasa saat 10 idi. Dedilər, belə xəbərlər paylaşılıb, dedim, ola bilməz, dünən bizdə idi. Axı çox vaxt olur, yalan xəbərlər yayılır. Evinə yığdım telefonu götürən olmadı, indi ora gedirəm”.


Telegram kanalımız
Seçilən
50
1
yenisabah.az

2Mənbələr