AZ

Məhkəmə sabiq hərbi hissə komandirinə bu cəzanı verdi

Rüşvət almada təqsirləndirilən sabiq hərbi hissə komandiri Vüsal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən Vüsal Hüseynov Tərtərdə yerləşən N saylı hərbi hissəsinin komandiri olub.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
103
19
avtosfer.az

10Mənbələr