Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Fransa təxminən yarım əsr ərzində ilk illik ərzaq və kənd təsərrüfatı ticarət kəsiri ilə üzləşə bilər, çünki şərab ixracına yeni rüsumlar, habelə kakao və qəhvə üçün yüksək idxal qiymətləri rəqabət qabiliyyətinin uzunmüddətli perspektivdə azalmasına səbəb olur.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, aqrar-ərzaq sektoru Fransanın əsas gəlir mənbələrindən biridir. Lakin Aİ daxilində və xaricində artan rəqabət Fransanın mövqeyini zəiflədib və fermerlərin Cənubi Amerika bloku MERCOSUR ilə təklif olunan ticarət müqavilələrinə qarşı düşmənçiliyini artırıb.
Fransa Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il zəif taxıl məhsulundan sonra ölkənin ərzaq və kənd təsərrüfatı profisiti 1980-ci illərdən bəri ən aşağı səviyyəyə - 4,9 milyard avroya enib. Bu göstərici 2025-ci ilin sonunadək azalmağa davam edəcək və yanvar-sentyabr ayları üçün 351 milyon avro məbləğində mənfi saldo yaradacaq. İdxal olunan kakao və qəhvənin qiymətlərinin kəskin artması və ya ABŞ və Çin tarifləri səbəbindən şərab və spirtli içkilərin ixracının azalması kimi bəzi maneələr müvəqqəti ola bilər, lakin fransız istehsalçılar bürokratik əngəllər və yüksək xərclər səbəbindən mövqelərini itirəcəklərindən qorxurlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.