AZ

Çempionlar Liqası yenidən "Kamp Nou"da!

style='margin-bottom:10px;'>

“Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti ev oyununu yeni təmirdən çıxmış "Kamp Nou"da keçirəcək.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi 5-ci turda səfərdə "Çelsi" ilə qarşılaşacaq. 6-cı turda isə "Barselona" evdə "Ayntraxt"ı qəbul edəcək. Məhz bu matç klubun yeni təmirdən çıxan "Kamp Nou"da ilk avrokubok oyunu olacaq.

Görüş dekabrın 9-dan 10-na keçən gecə oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Qeyd edək ki, "Kamp Nou" stadionu 2023-cü ilin yayında rekonstruksiya üçün bağlanmışdı. 

Seçilən
3
3
teleqraf.com

4Mənbələr