AZ

Yamal dinc dayanmır: Qızlarla gizli parti təşkil etdi

"Barselona"nın vingeri Lamin Yamal yenə qalmaqalla gündəmə gəlib.

Publika.az xəbər verir ki, zədəsinə görə İspaniya milli komandasının düşərgəsindən uzaqlaşdırılan 18 yaşlı futbolçu bu boşluqdan xarakterinə uyğun formada istifadə edib.

İspaniyanın nüfuzlu "El Periódico" nəşrinin iddiasına görə, Yamal ötən həftənin cümə günü Barselonadakı "Luz de Gas" adlı gecə klubunda əyləncə təşkil edib. Məlumata görə, tədbirdə telefonlardan istifadə qadağan olunub və VİP zonaya yalnız qızların girişinə icazə verilib.

"Barselona" azarkeşlərinin sosial şəbəkələrdə bu xəbərə reaksiyaları isə belədir:

- “Messini gözləyirdik, Balotelliyə oxşar biri gəldi. Zaman göstərəcək… Oyununda bir az eniş olsa, hamı bunu yada salacaq”.

Seçilən
19
publika.az

1Mənbələr