AZ

Maduro istefasını ABŞ-yə təqdim etdi

Maduro ABŞ-a istefa təklifi verib — New York Times

İnterpress.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la aparılan qeyri-rəsmi danışıqlarda iki-üç illik keçid dövrü ərzində vəzifədən getməyə hazır olduğunu bildirib. Mənbələrin sözlərinə görə, Maduro bu planı Vaşinqtona şəxsi kanallar vasitəsilə təqdim edib.

Lakin Ağ Ev təklifi qəbul etməyib və onun dərhal istefa verməsini tələb edib. ABŞ tərəfi hesab edir ki, Maduro hakimiyyətdə qaldığı müddətdə heç bir siyasi dəyişiklik mümkün olmayacaq.

Danışıqların təfərrüatları açıqlanmır, lakin məsələ regionda ciddi rezonans doğurub.

Xuraman Etibarlı
İnterpress.az

Seçilən
15
50
interpress.az

10Mənbələr