AZ

ABŞ gələcəyin qırıcı təyyarəsinin sınaqlarına başlayacaq | VİDEO

AzVision.az xəbər verir ki, Müdafiə, Kosmos və Təhlükəsizlik şöbəsinin rəhbəri Stiv Parker “Dubay Airshow” sərgisində belə deyib.

Onun sözlərinə görə, “Next Generation Air Dominance (NGAD)” proqramı çərçivəsində hazırlanan təyyarə artıq istehsal prosesindədir. ABŞ Hərbi Hava qüvvələrinin planlarına görə, bu təyyarələrdən ən azı 185-nin alınması gözlənilir.

“F-47” təyyarəsinin texniki göstəricilərinin təfərrüatları hələlik açıqlanmasa da, onun döyüş radiusunun 1600 kilometri, maksimal sürətinin isə təxminən 2248 km/saatı keçəcəyi məlumdur. Qırıcı təkmil gizli imkanlara malik olacaq və təmas xətti boyunca bir qrup pilotsuz uçuş aparatının komandanlığı və idarə edilməsində əsas elementə çevriləcək.

NGAD proqramına altıncı nəsil pilotlu qırıcı və döyüş dəstəkli pilotsuz uçan aparatdan tutmuş yeni “AIM-260” taktiki raketinə qədər geniş spektrli sistemlərin işlənib hazırlanması, eləcə də bir sıra potensial təsnifat layihələri daxildir.

Bu ilin mart ayında ABŞ prezidenti Donald Tramp “F-47” qırıcı təyyarəsi üzərində işlərin bir neçə ildir davam etdiyini bildirərək, təyyarənin sürət, manevr və silahlanma baxımından müstəsna imkanlarını vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
38
azvision.az

1Mənbələr