Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur bildirib.
O qeyd edib ki, nənəsi vəsiyyətinə əsasən II Fəxri xiyabanda deyil, Qurd qapısı qəbiristanlığında – qardaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək