AZ

Xalq artistinin ölüm səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.

Hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.

Xalq artisti hansı səbəbdən vəfat edib?

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, həkiməqədər ölüm faktı qeydə alınıb:

“19.11.2025-ci il tarixində saat 04:30 radələrində radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb”.

Seçilən
28
cebheinfo.az

1Mənbələr