AZ

Bərdədə 62 yaşlı gözətçi həmkəndlisinə xəsarət yetirdi

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bərdə rayonunda orta məktəbdə gözətçi işləyən 62 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyunun 10-da  rayonunun kəndində baş verib. 1963-cü il təvəllüdlü Tofiq Babayev kənd arası yolda qonşusu Vidadi Əsədova (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. T. Babayev aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı V. Əsədovun baş nahiyəsinə və sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vurub. Hadisəni törədən T. Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən T. Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bərdə rayonun kəndində yaşayır və rəsmi olaraq kənd orta məktəbində gözətçi işləyir: “Barəmdə şikayət edən Vidadi mənim qonşuluğumda yaşayır. Onunla aramızda əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb”. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirib. Bu işə Bərdə Rayon Məhkəməsində baxılıb. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Onun zərərçəkmiş şəxs ilə barışması nəzərə alınıb və o, cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr