“Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatını (müharibəni) davam etdirir və Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarından istifadə etməklə zərbələr endirmək cəhdlərinin qarşısını alır”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı ATACMS operativ-taktiki raketləri ilə Voronejə zərbə endirməsini şərh edərkən deyib.
“Hazırda xüsusi hərbi əməliyyatı davam etdiririk. Silahlı Qüvvələrimiz Kiyev rejiminin yüksək dəqiqlikli Qərb, indiki halda Amerikanın silahlarından istifadə edərək zərbələr endirmək cəhdlərinin qarşısını alır. Bütün bu Amerika raketləri hava hücumundan müdafiə sistemlərimiz tərəfindən zərərsizləşdirilib”, - Kremlin sözçüsü iddia edib.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, noyabrın 18-də Ukrayna Silahlı Qüvvələri ABŞ istehsalı dörd ATACMS raketindən istifadə edərək Voronej şəhərinə raket zərbəsi endirib.
“Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasında oturtmağın yeganə yolu Ukraynada heç nəyə nail ola bilməyəcəyinə onu inandırmaqdır”.
Bunu isə Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus deyib. “Bunu yalnız bir yolla əldə etmək olar, konkret və praktik şəkildə göstərmək lazımdır ki, bizim dəstəyimiz - Ukraynaya hərbi dəstək təkcə bu üç il yarım ərzində olduğu səviyyədə qalmır, həm də artır”, - o bildirib.
Kubilyus əlavə edib ki, Putini danışıqlara gəlməyə məcbur edə biləcək alətlərdən biri dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə etməkdir. Həmçinin, o, etiraf edib ki, hazırda Avropa ölkələri Ukraynaya kifayət qədər yardım göstərmirlər: “Ukraynaya nə qədər vəsait lazım olduğu məlumdur. Amma tərəfdaşlar üçün vacibdir ki, bu maliyyə təminatı ilə Ukraynanın müdafiə qabiliyyətinin artdığı da göstərilsin.
Nəhayət, Putin başa salınmalıdır ki, bu müharibədə heç nəyə nail ola bilməyəcək, müharibəni bitirmək və danışıqlara başlamaq lazımdır. Bundan sonra Ukrayna həm həyatını bərpa edə, həm də Avropa İttifaqının çox uğurlu üzvünə çevrilə bilər”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Azad Vətən Partiyasının sədri Akif Nağı ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv