AZ

“Survivor 2026”da sürpriz iştirakçı bəlli oldu

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Survivor 2026 Ünlüler - All Star” sezonu üçün yeni iştirakçıların adları bəlli olur. Yapımcı və aparıcı Acun Ilıcalı, yarışmanın yeni iştirakçısının tanınmış aktrisa və model Deniz Çatalbaş olduğunu bildirib. Sherg.az xəbər verir ki, Çatalbaş bu şəkildə açıqlanan səkkizinci iştirakçı olub.

Hazırda Bayhan, Dilan Çıtak, Keremcem, Mert Nobre, Serhan Onat, Meryem Boz və Murat Arkın kimi tanınmış isimlər rəsmi şəkildə açıqlanıb.

Acun Ilıcalı, Deniz Çatalbaşın “Survivor 2026”-da yarışacağını ilk dəfə Instagram hesabından paylaşıb:

"Sevgili Deniz Çatalbaş, “Survivor 2026 Ünlüler - All Star” heyətinə daxil oldu. Ona uğurlar arzulayıram."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
sherg.az

1Mənbələr